Onlayn ictimai-siyasi qəzet
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Ukraynanın xarici işlər naziri Andrii Sıbihanın iştirakı ilə Ukrayna Xarici İşlər Nazirliyinin parkında yerləşən Ukraynanın Həlak olmuş Müdafiəçilərinin Xatirə Memorialını ziyarət edib.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, XİN başçısı abidə önünə əklil qoyaraq onların xatirəsini ehtiramla yad edib.
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ