Onlayn ictimai-siyasi qəzet
Çin hökuməti doğum səviyyəsinin azalması ilə mübarizə məqsədilə onun qarşısının alınması vasitələrinə – o cümlədən prezervativlərə – 13%-lik əlavə dəyər vergisi tətbiq edir.
Musavat.com xəbər verir ki, "Bloomberg"in məlumatına görə, dəyişikliklər 2026-cı ilin yanvarında qüvvəyə minəcək.
Yeni qaydalar təkcə vergi artımını deyil, eyni zamanda uşaqlara qulluq xidmətlərinə güzəştlərin verilməsini də nəzərdə tutur. Pekin bununla ailələri daha çox övlad sahibi olmağa təşviq etməyə çalışır.
Çində əhali sayı təxminən on ildir ki, azalır. 2024-cü ildə 9,54 milyon doğum qeydə alınıb ki, bu da 2016-cı ildəki göstəricidən — siyasəti yumşaldılan “bir uşaq” limitinin ləğv olunduğu ildəki təxminən 19 milyon doğumdan — iki dəfə azdır.
Qeyd edək ki, Çində kontraseptiv vasitələrə tətbiq olunan ƏDV 1993-cü ildə ləğv edilmişdi. Bu, verginin 30 ildən sonra ilk dəfə bərpa olunması deməkdir.
Musavat.com
30 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ