Onlayn ictimai-siyasi qəzet
Konqo Demokratik Respublikasında (KDR) Ebolanın "Bundibugyo" ştamı səbəbindən 131 nəfər ölüb. 513-dən çox şəxsin isə virusa yoluxduğu faktı qeydə alınıb.
Musavat.com xəbər verir ki, virus artıq yeni şəhərlərə və qonşu Uqandaya da yayılıb.
BBC-nin yaydığı məlumata görə, bölgədə epidemioloji vəziyyət gərgin olaraq qalır.
KDR hökumətinin sözçüsü bəyan edib ki, hazırda virusun daha geniş ərazilərdə yayıldığı barədə hesabatlar daxil olur.
Xəstəlik artıq yeni bölgələrdə, o cümlədən İturi əyalətinin Nyakunde, Şimali Kivunun Butembo bölgələrində və Qoma şəhərində də aşkar edilib ki, bu da ciddi narahatlığa yol açır.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) və KDR-də fəaliyyət göstərən tibbi missiya qrupu virusa yoluxanlar arasında amerikalı bir həkimin də olduğunu təsdiqləyib.
CDC-nin son məlumatına görə, qonşu Uqandada artıq iki təsdiqlənmiş yoluxma və bir ölüm halı qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Bundibugyo" variantının səbəb olduğu bu Ebola epidemiyasını beynəlxalq miqyaslı fövqəladə vəziyyət elan edib.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ