İnsanlara hürriyət, millətlərə istiqlal!

Dizelin qiymətini Ukrayna qaldırır – Tramp Zelenskidən xahiş edib ki...

Dünya bazarında yanacaq qiymətləri Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələri səbəbindən artıb.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə deyib. O, bna görə də Ukrayna prezidenti Volodimir Zelenskidən bu hücumları dayandırmasını istədiyini iddia edir: "Ukrayna və Rusiya ilə bağlı problemim dizel yanacağının qiymətlərinin sürətlə artmasıdır. Bunun(dizelin-red.) əhəmiyyətli bir hissəsi Rusiyadan gəlir. Rusiya obyektləri Ukrayna tərəfindən hədəfə alınır. Mən prezident Zelenskidən dizel yanacağı istehsalı müəssisələrini və neft emalı zavodlarını hədəfə almamasını xahiş etmişəm".

Bunun Ukraynadakı müharibənin bitə biləcəyi anlamına gəlib-gəlmədiyi soruşulduqda, ABŞ prezidenti jurnalistlərin sözünü kəsib və yenidən yanacaq qiymətləri məsələsinə qayıdıb və bunun bütün dünyaya zərər verdiyini, dayandırılmalı olduğunu qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR