İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya nəhəngindən TƏCİLİ QƏRAR: 2,1 milyon avtomobil geri çağırılır – Siyahıda məşhur modellər var

"Audi" və "Volkswagen" konserni sükan idarəetmə sistemində yaranan sıradan çıxma riski ilə əlaqədar dünya üzrə 2,1 milyondan çox avtomobili geri çağırır.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın ADAC avtomobil klubu məlumat yayıb.

Problem korroziya nəticəsində qırıla bilən bərkidici boltla bağlıdır.

Defektə görə geri çağırılma "Audi Q3", eləcə də "VW Golf", "Golf Variant", "Tiguan", "Touran" və "Caddy" modellərini əhatə edir.

Məlumata görə, hələlik bu qüsur səbəbindən hər hansı qəza və ya xəsarət alma faktı qeydə alınmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR