İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Putinlə DANIŞACAQ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi, noyabrın 24-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.

Musavat.com "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə o, G20 zirvəsi çərçivəsində Cənubi Afrika Respublikasında keçirdiyi mətbuat konfransında bildirib.

"Sabah cənab Putinlə telefon danışığım olacaq", - Türkiyə lideri deyib.

Ərdoğanın sözlərinə görə, Türkiyə sülh yolunda əlindən gələni edəcək:

"Burada apardığımız ikitərəfli danışıqlarda Rusiya-Ukrayna müharibəsini müzakirə etdik. Türkiyə olaraq sülh yolunda əlimizdən gələni edəcəyik. İnşallah, buna nail olacağıq".

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR