Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Tramp ilə telefon danışığı aparıb.
Musavat.com xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Görüşdə Türkiyə-ABŞ ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan İran-ABŞ gərginliyində diplomatiyadan maksimum istifadə edilməsinin vacib olduğunu vurğulayıb. Türkiyənin sülh səylərinə dəstək verməyə davam edəcəyini bildirib.
Türkiyə lideri, Pakistan və Səudiyyə Ərəbistanı ilə imzalanan Birgə Müdafiə Anlaşmasının regional sabitlik və təhlükəsizliyin təminatı üçün güclü mövqe nümayiş etdirdiyini qeyd edib.
Ərdoğan, Türkiyənin bölgədə daimi sülh üçün və Qəzzanın yenidən qurulması istiqamətində atılacaq addımlara dəstək verməyə davam edəcəyini vurğulayıb.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ