İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəridə Lütfəliyeva ÇL matçını idarə edəcək

Azərbaycanlı FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan yeni təyinat alıb.

Musavat.com AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin 2 oyununda iş başında olacaq.

Lütfəliyeva bu mərhələnin 5-ci qrupunun yarımfinalında "Flora" (Estoniya) – "Mgar Yunayted" (Malta) matçını idarə edəcək. 

O, həm də "Flora" – "Mgar Yunayted" qarşılaşmasının qalibinin iyulun 25-də finalda Slovakiyanın "Spartak Miyava" komandasında qarşı keçirəcəyi matçın ehtiyat hakimidir.

Digər referimiz Gülnurə Əkbərzadə iyulun 22-də reallaşacaq görüşdə yan xətt hakimi funksiyasını yerinə yetirəcək.

Oyunlar Slovakiyanın Miyava şəhərində yerləşən "Spartak Miyava" stadionunda keçiriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR