İnsanlara hürriyət, millətlərə istiqlal!

FİFA ilə UEFA arasında tarixi qarşıdurma – Dünya çempionatı uğrunda 20 milyard dollarlıq savaş

Futbol dünyasında son illərin ən böyük qarşıdurmalarından biri yaşanır. UEFA, FİFA-nın dünya çempionatının kommersiya hüquqları ilə bağlı planlarına açıq şəkildə etiraz edib.

Musavat.com xəbər verir ki, xarici KİV-in məlumatına görə, FİFA təxminən 20 milyard dollar dəyərində yeni kommersiya strukturu yaratmağı planlaşdırır. Bu qurum futbol üzrə dünya çempionatının və digər turnirlərin kommersiya hüquqlarını idarə edəcək.

Sərmayə cəlb etmək məqsədilə FİFA həmin strukturun 20 faizə qədər payını özəl investorlara satmağı nəzərdən keçirir.

Lakin UEFA bununla bağlı misli görünməmiş dərəcədə sərt bəyanat yayıb.

"FİFA artıq idmanımızdan özünü və ətrafındakıları zənginləşdirmək üçün istifadə edə bilməz."

UEFA hesab edir ki, dünya futbolu dar bir qrupun mənfəəti naminə investisiya obyektinə çevrilməməlidir. Avropa futbol qurumunun fikrincə, bu cür qərarlar futbolun mahiyyətini dəyişə, kommersiya maraqlarını azarkeşlərin, futbolçuların və milli federasiyaların maraqlarından üstün tuta bilər.

Tənqidlər təkcə Avropadan gəlmir. Bir sıra milli futbol assosiasiyaları və digər qitə konfederasiyaları da təşəbbüsdən narahat olduqlarını bildirərək, belə mühüm qərarın qəbulundan əvvəl kifayət qədər şəffaflığın və məsləhətləşmələrin olmadığını vurğulayıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR