Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp hesab edir ki, Fransa rəhbərliyi onun ölkəsinə Çindən yaxşı münasibət göstərmir.
Musavat.com xəbər verir ki, noyabrın 10-da Fox News-a verdiyi müsahibədə Ağ Ev rəhbəri Amerika hökumətinin ABŞ-a təhsil almağa gələn çinli tələbələrə mane olmayacağını bir daha təkrarlayıb: "Dünya ilə yola getmək istəyirəm". Cavab olaraq aparıcı Çin hökumətinin "nəzarət qurduğunu" və ABŞ-dan "əqli mülkiyyət oğurladığını" qeyd edərək çinlilərin "fransızlar olmadığını" vurğulayıb.
Trampın cavabı isə maraqlı olub: "Bəs sizcə, fransızlar daha yaxşıdır? Həqiqətənmi? Deyərdim ki, bu qədər əmin olmazdım. Fransızlarla çox problemimiz var; onlar texnologiya məhsullarımıza ədalətsiz şəkildə vergi qoyublar, Amerika məhsullarına 25 faiz vergi tətbiq ediblər".
Ağ Ev rəhbəri qeyd edib ki, o, "hamının ABŞ-a pis münasibətindən çıxış edir". O bir daha bir çox müttəfiqlərinin ABŞ-la ticarətdən Çindən daha çox faydalandığını vurğulayıb.
Musavat.com
08 Iyul 2026
07 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ