İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda ortalıq qarışdı: Daşnakların ofisində axtarışlar başladı 

Ermənistanın Gümrü şəhərində "Daşnaksütun" partiyasının ofisində, həmçinin partiya üzvlərinin mənzillərində axtarışlar aparılır.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı partiyanın nümayəndəsi, "Ermənistan" blokundan olan deputat İşxan Saqatelyan sosial şəbəkə hesabında paylaşıb.

Müxalif siyasətçi mövcud hakimiyyətin hərəkətlərini kəskin tənqid edərək deyib: "Hazırkı rejimin əməlləri, xüsusilə son günlərdə müxalifət qərargahlarının normal fəaliyyətini pozmağa yönəlmiş qanunsuz cəhdləri, seçicilərin iradəsinə və seçki nəticələrinə təsir göstərmək məqsədi daşıyan ümidsiz addımlardır. Ona görə də biz bütün komanda yoldaşlarımızı hər şeyə rəğmən öz işlərini maneəsiz şəkildə davam etdirməyə çağırırıq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR