İnsanlara hürriyət, millətlərə istiqlal!

Havana havalandı - ABŞ-nin təhdidinə qarşı FV rejimi elan etdi

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik təhdidi səbəbindən Kuabaya qarşı fövqəladə vəziyyət elan etməsindən sonra Kuba hakimiyyəti də bu hədələrlə bağlı fövqəladə vəziyyət rejimi elan edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Kubanın xarici işlər naziri Bruno Rodrigez bu barədə X sosial media platformasında məlumat verib.

Donald Trampın Kubaya qarşı tətbiq etdiyi sanksiya və digər məhdudlaşdırıcı tədbirlər sırasında bu ölkəyə neft tədarük edilməsinin yasaqlanması da var. ABŞ Kubaya neft satan ölkələrdən gələn mallara əlavə tariflər tətbiq edəcək. ABŞ administrasiyası bu qərarı milli təhlükəsizliyin qorunması zərurətindən irəli gəldiyini bəyan edib.

Havana Vaşinqtonun hərəkətlərini birbaşa təhdid kimi qəbul edib və ona ölkədə fövqəladə vəziyyət elan etməklə cavab verib.

Vaşinqtonun əsas məqsədi Kubada kommunistlərin hakimiyyətinə son qoymaqdır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR