İnsanlara hürriyət, millətlərə istiqlal!

Həftədə neçə gün normadan artıq işləmək olar?

Həftədə ən çox bir gün normadan artıq işləmək olar. Sağlamlığı qorumaq üçün isə mütləq istirahətə vaxt ayırmaq lazımdır.

Bunu rusiyalı terapevt Lyudmila Lapa 360.ru-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, həftədə maksimum bir gün əlavə işləməyə icazə vermək olar. İstirahət üçün gündə ən azı yeddi saat vaxt ayrılmalıdır. Bu vaxta işdən evə gedib-gəlmək də daxildir. Həkim qeyd edib ki, məsələn, metro stansiyasından evə qədər yarım saat piyada getmək həm fiziki, həm də psixoloji gücün bərpasına kömək edir.

Mütəxəssis vurğulayıb ki, standart səkkiz saatlıq iş günü sağlamlıq baxımından optimal və təhlükəsiz hesab olunur./Oxu.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2026

26 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR