Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Elnur Kərimov parklanma qaydasını pozduğu üçün cərimələnib.
Musavat.com xəbər verir ki, aktyor ona yazılan cərimədən narazılığını ifadə edib.
Elnur Kərimov bildirib ki, avtomobilini saxlayaraq parklanma üçün ödəniş edib, buna baxmayaraq, eyni vaxtda ona cərimə yazılıb:
“Məqsəd nədir? Məntiqi tuta bilmirəm. “AzParking” dayanmağı qeydə alır və balansdan pul çıxır. Eyni vaxtda cərimə yazılır. Özü də saxlayanda görürlər, heç nə demirlər. Maşının yanından ayrılan kimi cərimə yazırlar”.
Könül
Musavat.com
14 Oktyabr 2026
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ