İnsanlara hürriyət, millətlərə istiqlal!

İLK DƏFƏ YAYIMLANDI: Xameneinin iqamətgahı BELƏ VURULUB - VİDEO

İranda internet məhdudiyyətlərinin aradan qaldırılmasından sonra sosial mediada müharibənin ilk günlərinə aid olduğu iddia edilən yeni görüntülər yayılıb.

Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.

Kadrlarda İslam Respublikasının mərhum ali rəhbəri Əli Xameneinin iqamətgahının yerləşdiyi əraziyə raket zərbəsi endirildiyi bildirilir.

Paylaşımlarda görüntülərin müharibənin başlanğıc mərhələsində çəkildiyi və zərbə zamanı “Tomahawk” tipli raketlərdən istifadə edildiyi irəli sürülür.

Qeyd edək ki, Əli Xamenei və bir qrup yüksək rütbəli hərbi komandan fevralın 28-də İsrail və ABŞ qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində həlak olub.

@@TVmusavat/147805@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2026

27 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR