Onlayn ictimai-siyasi qəzet
Çində şəxsi yazışmalarla bağlı yeni və sərt qadağa qüvvəyə minir.
Musavat.com xəbər verir ki, 1 yanvar tarixindən etibarən “ədəbsiz” sayılan materialların – o cümlədən kişinin intim şəklinin göndərilməsi və açıq məzmunlu yazışmalar cinayət məsuliyyəti yaradacaq.
Yeni qaydalara əsasən, belə materiallar qarşılıqlı razılıqla göndərilsə belə, göndərən şəxs cərimə və 15 sutkayadək həbs cəzası ilə üzləşə bilər. Qadağa yalnız açıq sosial platformalara deyil, tamamilə şəxsi mesajlaşmalara da şamil olunur.
Rəsmi Pekin bu addımı Çin Kommunist Partiyasının cəmiyyətdə “yüksək mənəvi standartlar” formalaşdırmaq siyasətinin tərkib hissəsi kimi izah edir. Hakimiyyət bildirir ki, rəqəmsal mühitdə əxlaq normalarının sərtləşdirilməsi sosial nizam-intizamın qorunması üçün vacibdir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ