İnsanlara hürriyət, millətlərə istiqlal!

İordaniya İranın atdığı bütün raketlərin vurulduğunu deyir

Ötən gecə İranın İordaniyada hansı obyektləri hədəf aldığı açıqlanıb.

Musavat.com xəbər verir ki, Tasnim agentliyi SEPAH-ın açıqlamasına istinadən İordaniyada yerləşən ABŞ bazalarındakı qırıcı təyyarələrin olduğu ərazilərin olunduğuna dair məlumat yayıb. Bildirilir ki, İordaniyadakı Kral Hüseyn və Əl-Əzraq hava bazalarına zərbələr endirmək üçün raket və dronlardan istifadə edilib.

Məlumata görə, bu bazalarda Larak adasına hücumda iştirak edən Amerika qırıcı təyyarələri yerləşir.

İordaniyanın hava hücumundan müdafiə qüvvələri isə İrandan atılan bütün raketlərin zərərsizləşdirildiyini açıqlayıb. “Al-Hadath” telekanalı İordaniya Silahlı Qüvvələrinin açıqlamasını yayıb: "İordaniya hava hücumundan müdafiə qüvvələri İran tərəfindən buraxılan bütün ballistik raketləri və dronları məhv edib. Hava hədəflərini ələ keçirmək əməliyyatı artıq başa çatıb".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR