Onlayn ictimai-siyasi qəzet
İranın cari ilin ilk dörd ayı ərzində neft satışından əldə etdiyi gəlir 7,5 milyard dollara çatıb.
Musavat.com xəbər verir ki, bu barədə ölkənin Neft Nazirliyinin məlumatlarına istinadən "Fars" agentliyi xəbər verib.
Qeyd olunan göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,5 dəfə çoxdur.
İxrac daxilolmalarının artması dünya enerji bazarındakı qiymət dinamikası və tədarük həcmlərindəki dəyişikliklər fonunda qeydə alınıb.
Musavat.com
24 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ