İnsanlara hürriyət, millətlərə istiqlal!

İran: ABŞ TRIPP ilə bölgəyə girir - narahatıq!

Tehran ABŞ-nin TRIPP layihəsindən öz təhlükəsizlik məqsədləri üçün istifadə edə biləcəyindən narahatdır.

Musavat.com xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Xəlil Şirqulami mətbuat konfransında danışıb.

“Ermənistan bizim dost ölkəmizdir, liderlər arasında yüksək etimad mövcuddur. Biz Ermənistanın açılması və inkişafına yönələn addımları müsbət qiymətləndiririk”, - deyə səfir bildirib.

O, Ermənistanın həm Qərb-Şərq, həm də Şimal-Cənub istiqamətində tranzit rolunu oynaya biləcəyini qeyd edib.

Səfir vurğulayıb ki, Tehran ABŞ-yə etibar etmir:

“Biz Ermənistanla ABŞ arasında əldə olunan razılaşmalarla bağlı mövqeyimizi açıqlamışıq. ABŞ İrana qarşı addımlar atıb və biz onlara etibar etmirik. ABŞ TRIPP layihəsini öz təhlükəsizlik siyasətində istifadə edə bilər”.

Onun sözlərinə görə, Ermənistan tərəfi ölkəsinin İrana təhlükə yaratmayacağına dair zəmanət verib və tərəflər mövzunu mütəmadi müzakirə etmək barədə razılığa gəliblər.

Şirqulami İran-Ermənistan münasibətlərinin strateji əhəmiyyət daşıdığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR