İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ABŞ-yə CAVAB HAZIRLAYIR: SEPAH-dan SƏRT MESAJ

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Larak adasına endirdiyi zərbəyə cavab veriləcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə SEPAH-ın sözçüsü, briqada generalı Mohebbi “X” sosial şəbəkəsində yazıb.

O bildirilib ki, hücum nəticəsində korpusun bir neçə hərbçisi, eləcə də mülki şəxslər həlak olub və yaralanıb:

“Terrorçu düşmənin Larak adasına təcavüzünə cavab veriləcək və təcavüzkar cəzalandırılacaq”.

Qeyd edək ki, avqustun 30-da ABŞ qüvvələrinin Hörmüz boğazında yerləşən Larak adasındakı İran raket buraxılış qurğularına zərbə endirdiyi barədə məlumat yayılıb. ABŞ rəsmisinin sözlərinə görə, zərbənin hədəfi SEPAH-ın dəniz minaları ilə təchiz edilmiş raketləri yerləşdirməyə hazırlaşdığı qurğular olub.

Larak adası yaxınlığında partlayış səslərinin eşidildiyi də bildirilib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR