İnsanlara hürriyət, millətlərə istiqlal!

İran İraq ərazisindən Səudiyyə Ərəbistanına hücum hazırlayır – Ər-Riyaddan şok xəbərdarlıq

Ənsar Allah və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən koordinasiya edilən İraq silahlı qrupları Səudiyyə Ərəbistanına hücumlar hazırlayır.

Musavat.com xəbər verir ki, məlumatı "Əl-Ərəbiyyə" rəsmi Səudiyyə mənbəyinə istinadən yayıb: "Husilər və İraq qrupları, eləcə də SEPAH arasında krallığa hücumlar hazırlamaq üçün koordinasiya barədə etibarlı və geniş kəşfiyyat məlumatları mövcuddur”.

Mənbə qeyd edib ki, bu məlumat Ər-Riyadın gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həllin təşviqi səylərini davam etdirdiyi və danışıqların müsbət irəlilədiyi bir vaxtda gəlir.
"Əl-Ərəbiyyə"nin mənbəyi vurğulayıb ki, Səudiyyə Ərəbistanı "hər hansı bir təcavüzə qarşı bütün lazımi tədbirləri görməkdən çəkinməyəcək".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR