Onlayn ictimai-siyasi qəzet
İranın cənubunda yerləşən Minab şəhərində qızlar məktəbinə endirilən zərbə nəticəsində həlak olanların sayı 70 nəfərə yüksəlib.
Məlumatı "Fars" agentliyi "Telegram" kanalında məlumat yayıb.
Kanal yazır ki, hadisə nəticəsində 90 nəfər yaralanıb.
Məktəbdə 170 nəfərin təhsil aldığı bildirilir.
***
İranın Minab şəhərində məktəbin dağıntılarını təmizləmək işləri davam edir.
Musavat.com xəbər verir ki, saat 17:00-a olan məlumata görə, ölənlərin sayı 63-ə çatıb, 92 nəfər yaralanıb.
İlkin məlumatlara görə, şagirdlər hələ də dağıntılar altında qalmış ola bilərlər.
***
İsrailin İran ərazisinə hücumları nəticəsində Minabdakı məktəbdə həlak olanların sayı 51 nəfərə çatıb.
Bundan başqa, xəsarət alanların sayının 60 nəfərə yüksəldiyi bildirilir.
***
İranın cənubunda yerləşən Minab şəhərində ibtidai qızlar məktəbinə endirilən zərbə nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb, 48 məktəbli isə yaralanıb.
Musavat.com xəbər verir ki, hadisə dərs vaxtı baş verib. Zərbə nəticəsində məktəb binası ciddi dağıntılara məruz qalıb, şagirdlər dağıntılar altından çıxarılıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin hansı silah və ya əməliyyat çərçivəsində baş verdiyi ilə bağlı rəsmi açıqlamalar hələ dəqiqləşdirilir. İran rəsmiləri hücumu mülki obyektə qarşı ağır cinayət adlandırıb.
Bölgədə xilasetmə işləri davam edir. Ölənlərin sayının arta biləcəyi istisna olunmur.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ