Onlayn ictimai-siyasi qəzet
İran Silahlı Qüvvələri İraq və Küveyt sərhədlərinin kəsişdiyi strateji bölgəyə canlı qüvvə, silah və ağır hərbi texnika cəmləşdirməyə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, əraziyə şəxsi heyətin və hərbi texnikanın dislokasiya olunması prosesi hazırda da aktiv şəkildə davam edir.
Hələlik İran rəsmiləri və hərbi rəhbərliyi tərəfindən sözügedən bölgədə hərbi mövcudluğun kəskin şəkildə gücləndirilməsinin konkret səbəbləri barədə heç bir açıqlama verilməyib.
Musavat.com
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ