İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"dan yeni transfer - VİDEO

"Qarabağ" futbol klubu Kiprin APOEL komandasından braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb.

23 yaşlı futbolçu ilə birillik müqavilə imzalanıb.

Müqaviləyə əsasən, icarə müddətinin sonunda Ağdam təmsilçisi futbolçunun transfer hüquqlarını əldə edə bilər.

Qeyd edək ki, Dieqo Rosa 2021-ci ildə "Qremio"dan "Mançester Siti"yə transfer olunub. Yarımmüdafiəçi karyerası ərzində "Lommel" (Belçika), "Vizela" (Portuqaliya), "Bahia" və "İnter" (hər ikisi Braziliya), həmçinin APOEL-də çıxış edib.

O, eyni zamanda Braziliyanın U-16 və U-17 milli komandalarının formasını geyinib. (Oxu.Az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR