İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İran BALLİSTİK RAKETLƏRİ işə saldı: Hörmüz BOĞAZI BAĞLANDI - Müharibə yenidən BAŞLADI

İranın cavab həmləsi ilə Yaxın Şərqdə gərginlik pik nöqtəyə çatıb.

Musavat.com xəbər verir ki, SEPAH-ın telegram kanallarında yayılan son məlumatlara görə, İranın Xürrəmabad, eləcə də qərb və cənub-qərb bölgələrindən ABŞ hədəflərinə doğru raketlərin buraxıldığı bildirilir.

Məlumata görə, radio-siqnal xəbərdarlıqları göndərilərək Hörmüz boğazı bütün gəmilərin üzünə bağlanıb.

Tehranın Mehrabad hava limanı da ikinci bir əmrə qədər uçuşları dayandıraraq fəaliyyətini tam dondurub və İran səması mülki təyyarələr üçün bağlanıb.

Eyni zamanda, ABŞ-ın Mərkəzi Komandanlığı və hərbi qüvvələri də tam döyüş vəziyyətinə gətirilib. Bildirilir ki, Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus yanacaqdolduran təyyarələrin aktivliyi, İranın dəniz sərhədlərində isə bir neçə eskadrilya amerikalı qırıcının uçuşları qeydə alınıb. Bağdad səmasında da çoxlu sayda ABŞ döyüş təyyarələrinin gurultu ilə hərəkət etdiyi bildirilir.

ABŞ prezidenti Donald Tramp məsələyə münasibət bildirərək xəbərdarlıq edib: "Əgər bu gecəki hücumların qisasını almaq üçün cavab versəniz, ağır itkilərlə üzləşəcəksiniz".

İran Milli Təhlükəsizlik Komissiyasının sədri isə ABŞ və müttəfiqlərinə cavab olaraq bildirib: "İradəmizi bir daha sınamaq sizin rüsvayçı məğlubiyyətlərinizin bədəlini daha da ağırlaşdıracaq. Heç bir cinayət cavabsız qalmayacaq. Sizi dağıdıcı və daha ağrılı bir cavab gözləyir. Qorxu və dəhşət içində gözləyin".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR