İnsanlara hürriyət, millətlərə istiqlal!

Mikel Arteta tarixə düşdü

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının tarixinə düşüb.

İspaniyalı mütəxəssis “Dumanlı Albion”da futbolçu və baş məşqçi kimi ümumilikdə 500-dən çox oyun keçirən ikinci məşqçi olub.

O, futbolçu karyerası ərzində “Everton” və “Arsenal”ın heyətində 284 matçda iştirak edib. Arteta “Arsenal”ın baş məşqçisi kimi isə İngiltərə Premyer Liqasında 250-ci oyununa çıxıb. Bununla da onun Premyer Liqadakı ümumi oyunlarının sayı 534-ə çatıb.

Arteta bu göstəricidə yalnız Mark Hyuzdan geri qalır. Uelsli futbol adamı İngiltərə çempionatında oyunçu kimi 297, baş məşqçi kimi isə 466 matç keçirib.

Qeyd edək ki, Mikel Arteta 2019-cu ildən “Arsenal”a rəhbərlik edir. Bu müddət ərzində o, İngiltərə Kubokunu, üç dəfə İngiltərə Superkubokunu qazanıb. Həmçinin ötən mövsüm “topçular”ı 22 ildən sonra ilk dəfə İngiltərə Premyer Liqasının çempionu edib./Unikal/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR