İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarədə gələn ağcaqanadlar ölüm saçdı – Frankfurt hava limanında iki nəfər öldü

Almaniyanın Frankfurt şəhərində hava limanının iki əməkdaşı malyariyadan ölüb, daha azı dörd əməkdaş isə bu xəstəliyə yoluxub.

Musavat.com xəbər verir ki, Robert Kox İnstitutunun məlumatına görə, yoluxmaların ehtimalən iyulun əvvəlində baş verdiyi müəyyənləşdirilib.

Araşdırmalara əsasən, malyariya daşıyan ağcaqanadların Almaniyaya Afrika, Cənubi və Cənub-Şərqi Asiya və ya Latın Amerikasından gələn təyyarələrdən birinin yük bölməsində gətirilmiş ola biləcəyi bildirilir.

İlk ölüm halı iyul ayında qeydə alınıb. Frankfurt hava limanının operatoru “Fraport” əməkdaşlarından birinin öldüyünü təsdiqləyib və işçiləri xəstəliyin ilk əlamətləri müşahidə edildikdə dərhal həkimə müraciət etməyə çağırıb.

Belə hallar “hava limanı malyariyası” adlandırılır və son dərəcə nadir hesab olunur. Xəstəliyi daşıyan ağcaqanadlar onlar üçün qeyri-adi iqlim şəraitində adətən uzun müddət yaşaya bilmirlər.

Hazırda Almaniya hakimiyyəti hadisəni araşdırır, həmçinin təyyarələrdə həşəratlara qarşı dezinfeksiya tədbirlərinin necə həyata keçirildiyini yoxlayır.

Malyariya adi şəraitdə insandan insana keçmir. Lakin yoluxmuş ağcaqanadın dişləməsi xəstəliyin ağır formasına, vaxtında müalicə aparılmadıqda isə ölümə səbəb ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR