İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahudan İranla bağlı ŞOK ETİRAF: "Bunu etməsəydik, ÖLƏCƏKDİK" - VİDEO

İsrailin baş naziri Binyamin Netanyahu İranın nüvə proqramı və mövcud təhdidlər barədə kəskin bəyanatlarla çıxış edib.

Musavat.com xəbər verir ki, hökumət rəhbəri Tehranın hələ də atom bombası yaratmaq niyyətindən əl çəkmədiyini bildirib.

"Onlar öz nüvə proqramından imtina etməyiblər. Biz onları geriyə atdıq, lakin onlar atom bombaları yaratmaq üçün bu proqramı bərpa etmək əzmindədirlər. Məhz buna görə də təhlükə aradan qalxmayıb. Biz bu xərçəngi, bu xərçəng şişini kökündən kəsdik. Bilirsiniz ki, xərçəngi kökündən kəsməsən, öləcəksən. Biz də tam olaraq bunu etdik", - deyə İsrail baş naziri vurğulayıb.

Netanyahu xərçəngin metastaz verə biləcəyini və yenidən real təhdidə çevrilmə riskinin olduğunu qeyd edib: "İran öz nüvə proqramını bərpa etmək istəyir. Mən bir dəfə artıq onların buna nail olmasına mane olmuşam və Baş nazir qaldığım müddətcə də mane olmağa davam edəcəyəm".

İsrail rəhbəri Tehran rejimini tamamilə tabe edəcəyini və bu hədəfə sadiq olduğunu bildirib: "Mən bu rejimi tabe edəcəyəm. Bu məqsədə sadiqəm və bu, mümkündür. Onlar əvvəlkinə nisbətən xeyli zəifləyiblər və hazırda çox laxlayan, qeyri-stabil zəmin üzərində dayanblar".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR