İnsanlara hürriyət, millətlərə istiqlal!

Canlı tarakanları “təcili yardım”a çevirdilər – dağıntılar altında insanlara iynə vuracaqlar - VİDEO

Avstraliya alimləri dağıntılar altında qalan insanları tapmaq və onlara ilkin tibbi yardım göstərmək üçün elektron qurğularla təchiz edilmiş canlı tarakanlar hazırlayıblar.

Musavat.com xəbər verir ki, Kvinslend və Yeni Cənubi Uels universitetlərinin tədqiqatçıları Macropanesthia rhinoceros növündən olan nəhəng qazıcı tarakanları elektron sistemlərlə təchiz edərək “paraborq” adlandırılan kiborq həşəratlar yaradıblar.

Tarakanların üzərinə kameralar və ya avtomatik işləyən miniatür inyeksiya sistemləri yerləşdirilir. Məqsəd onların fəlakət və dağıntı zonalarında insanların keçə bilmədiyi dar sahələrə daxil olması, zərərçəkənləri tapması və lazım gəldikdə dərman inyeksiyası etməsidir.

Sınaqlar zamanı “paraborqlar” hədəfdən 15 santimetrədək məsafədə inyeksiya tapşırığını 95 faiz dəqiqliklə yerinə yetiriblər. Naviqasiya, düzgün mövqenin seçilməsi və inyeksiyanın həyata keçirilməsini əhatə edən tam tapşırıq isə sınaqların 72 faizində uğurlu olub.

Layihənin mühəndis-biorobototexniki Thang Vo-Doan bildirib ki, alimlər kiborq həşəratların imkanlarını daha da genişləndirmək istəyiblər: “Biz növbəti addımı atmaq istəyirdik: onlar kimisə tapdıqdan sonra real şəkildə kömək edə bilərlərmi?”

Qeyd olunur ki, kiborq həşəratlar üzərində tədqiqatlar təxminən 20 ildir aparılırdı, lakin indiyədək onların əsas funksiyası kəşfiyyat və müşahidə ilə məhdudlaşırdı.

Yeni texnologiyada kritik qərarlar yenə də insan tərəfindən verilir. Alimlərin uzunmüddətli məqsədi belə “kiborq-xilasedicilər”dən real fəlakət və xilasetmə əməliyyatlarında istifadə etməkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR