İnsanlara hürriyət, millətlərə istiqlal!

360 tonluq tarixi qalanı insan gücü ilə yerindən 2 metr tərpətdilər - 4100 nəfər əməliyyata qoşulacaq

Yaponiyada qeyri-adi əməliyyat həyata keçirilib.

Musavat.com xəbər verir ki, təxminən 1800 nəfər 360 ton ağırlığında olan qədim Hirosaki qalasını kəndirlərlə çəkərək yerindən tərpədib.

İştirakçılar relslər üzərinə yerləşdirilmiş tarixi tikilini kəndirlər vasitəsilə birlikdə çəkiblər. Avqustun 22-də qala 1,13 metr, ertəsi gün isə daha 1,09 metr hərəkət etdirilib.

Əməliyyatın məqsədi Hirosaki qalasını tarixi yerinə qaytarmaqdır. Qala divarının zəlzələ nəticəsində zədələnməsindən sonra aparılan təmir işləri ilə əlaqədar tikili əvvəlki yerindən müvəqqəti olaraq köçürülmüşdü.

Qədim tikiliyə zərər vermədən hərəkət etdirməyə imkan verən və Yaponiyada “hikiya” adlandırılan relslər üzərində daşıma üsulundan 2015-ci ildə də istifadə olunmuşdu. Həmin vaxt bu metodun Yaponiyada təxminən bir əsrdən sonra ilk dəfə tətbiq edildiyi bildirilmişdi.

Bu dəfə əməliyyatda iştirak etmək istəyənlərin sayı ayrılmış yerlərdən xeyli çox olub. 1800 yer üçün təxminən 8 min müraciət daxil olub.

Planlaşdırıldığı kimi, avqustun sonunadək ümumilikdə təxminən 4100 nəfərin iştirakı ilə qala 5 metr hərəkət etdiriləcək.

Qalan 73 metrlik məsafədə isə tarixi tikilinin xüsusi texnikanın köməyi ilə daşınması nəzərdə tutulur.

Hirosaki qalasının 2033-cü ildə yenidən ziyarətçilərin üzünə açılması planlaşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR