İnsanlara hürriyət, millətlərə istiqlal!

Maduro ABŞ həbsxanasından fotolarını paylaşdı: Biz güclüyük...

Keçmiş Venesuela lideri Nikolas Maduro ABŞ qüvvələri tərəfindən əsir götürüldükdən sonra saxlandığı Amerika həbsxanasından sosial mediada fotolar paylaşıb.

Musavat.com xəbər verir ki, şəkillərdə o, boz idman geyimində və qələbə jesti olaraq iki barmağını qaldırdığı şəkildə təsvir olunub. Paylaşımda Maduro kiçik şərh də yerləşdirib: "Qəlblərimizin sevginizlə dolu olduğumuzu bilməyinizi istəyirəm. Kiçik bir sevgi və ümid hədiyyəsi. Bu fotoları bütün nəvələrimə, uşaqlarıma və bizi sevən bütün insanlara kiçik bir hədiyyə olaraq göndərirəm. Bilməyinizi istəyirəm ki, biz güclüyük, qəlblərimiz sevginizlə doludur".

Paylaşımdan sonra dünya mətbuatında fotoların dəqiq nə vaxt çəkildiyi ilə bağlı müzakirələr yaradıb. Belə ki, Maduro fotoları 30 avqustda paylaşsa da, fotolardakı zaman damğaları 25 iyunu göstərir. Bu, paylaşımın əsas detallarından biridir.

"The Independent" qeyd edir ki, fotolar Venesuelada 6500-dən çox insanın ölümünə səbəb olan güclü zəlzələlərdən bir gün sonra çəkilib.

Fotoların görünüşü sosial mediada da qızğın müzakirələrə səbəb olub. Xüsusilə istifadəçilər və jurnalistlər ABŞ-da həbsdə olan birinin şəkilləri necə çəkib dərc edə bildiyini müzakirə edirlər.
Bəziləri paylaşım tarixinə də diqqət çəkirlər: Maduronun şəkilləri Tramp administrasiyasının Venesuela ilə neft ehtiyatları ilə bağlı razılaşma elan etməsindən bir neçə gün sonra ortaya çıxıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR