İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ bu həftə İrana görə banklara sanksiyalar tətbiq edəcək – Masada Çin də var

ABŞ administrasiyası bu həftə İranla əlaqəli əməliyyatlara görə başqa bir banka sanksiyalar tətbiq etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bunu ABŞ Maliyyə naziri Skott Bessent Associated Press agentliyinə müsahibəsində deyib: "Lazım gələrsə, bu, maliyyə məcburiyyəti olacaq". Bessent hansı bankdan danışdığını dəqiqləşdirməyib.

O, qeyd edib ki, ABŞ İrana iqtisadi təzyiqi artırmaq üçün hər həftə yeni ikinci dərəcəli sanksiyalar tətbiq etmək niyyətindədir: "Hər keçən həftə onların əhəmiyyətli dərəcədə artdığını görəcəksiniz. Biz banklardan başlayırıq və onlara İran pulunu saxlamağın və rejimi dəstəkləməyin qəbuledilməz olduğunu deyirik".
Bessent əlavə edib ki, 31 avqust - 1 sentyabr tarixlərində Şimali Karolina ştatının Aşvill şəhərində keçiriləcək G20 maliyyə nazirlərinin qarşıdan gələn görüşündə digər ölkələrin nümayəndələrini İranla əlaqələrə görə sanksiyaların mümkünlüyü barədə xəbərdar edəcək.

Nazir İranla əlaqələrə görə Çinə qarşı sanksiyaları da istisna etməyib. O, G20 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşü çərçivəsində çinli həmkarları ilə danışıqlar aparmaq niyyətində olduğunu bildirib və qeyd edib ki, ABŞ-ın Çinə qarşı sanksiyaları ilə bağlı "bütün variantlar masadadır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR