İnsanlara hürriyət, millətlərə istiqlal!

Larak adasına zərbənin qisası: İran Ordusu BƏƏ-dəki strateji hərbi obyekti atəşə tutdu

İran İslam Respublikasının Silahlı Qüvvələri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən "Əl-Minhad" hərbi bazasına onlarla zərbə pilotsuz uçuş aparatı (PUA) ilə hücum həyata keçirdiyini bəyan edib.

Musavat.com xəbər verir ki, İran hərbi idarəsinin mətbuat xidmətinin yaydığı rəsmi məlumatda əməliyyatın əsasən ABŞ hərbi qüvvələrinin və helikopterlərinin yerləşdiyi dislokasiya məntəqələrinə yönəldiyi bildirilib.

Tehran bu hərbi addımı ABŞ qüvvələrinin Larak adasına endirdiyi hava zərbələri nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçilərinin və mülki şəxslərin həlak olmasına adekvat cavab kimi qiymətləndirib.

Qeyd edək ki, "Əl-Minhad" bazası ABŞ, Böyük Britaniya və Avstraliya da daxil olmaqla bir neçə dövlətin silahlı qüvvələri tərəfindən Yaxın Şərqdə əsas logistik və nəqliyyat habı kimi istifadə olunur. Hələlik Birləşmiş Ştatlar, BƏƏ və ya beynəlxalq koalisiya komandanlığı tərəfindən hücum nəticəsində dəyən zərər və ya insan tələfatı ilə bağlı rəsmi açıqlama verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR