İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan NATO AÇIQLAMASI

Ermənistanın NATO-ya üzv olmaq niyyəti yoxdur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Vətəndaş müqaviləsi” fraksiyasından deputat Sarkis Xandan­yan jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, Ermənistanda NATO-nun nümayəndəliyi ola bilməz və ölkənin alyansa üzv olmaq niyyəti yoxdur.

Xandan­yan qeyd edib ki, TRIPP kontekstində bu mövzuda danışmaq məqsədəuyğun deyil, çünki söhbət infrastruktur layihəsindən gedir.

İranın bu məsələ ilə bağlı mümkün narahatlığına münasibət bildirən erməni deputat vurğulayıb ki, bu, infrastruktur xarakterli Ermənistan–ABŞ biznes layihəsidir. Xandan­yan bildirib ki, iranlı həmkarlarla daimi əlaqə saxlanılır və İran tərəfi açıqlamalar verərək narahatlığın aradan qalxdığını bəyan edib.

“Əgər hər hansı narahatlıq yaranarsa, onu fəal şəkildə, o cümlədən parlament səviyyəsində müzakirə edirik”, - deyə Sarkis Xandan­yan qeyd edib və narahatlıq üçün əsas görmədiyini əlavə edib.

Onun sözlərinə görə, İranla çox yaxşı siyasi dialoq mövcuddur və heç bir layihə münasibətləri poza bilməz.

Rusiya və İran tərəflərinin layihəyə cəlb edilməsi imkanına dair suala cavab verən erməni deputat bildirib ki, hazırkı mərhələdə bu cür məsələlər müzakirə olunmur; hazırda konsensus əsasında Ermənistan–ABŞ konsorsiumunun yaradılması ilə bağlı hüquqi məsələlər müzakirə edilir. Bununla yanaşı, Xandan­yan xatırladıb ki, İran digər infrastruktur layihələrində iştirak edir, Rusiya isə uzun müddətdir Ermənistan Respublikasında infrastruktur layihələrində, o cümlədən Cənubi Qafqaz Dəmir Yolunda iştirak edir. Bu baxımdan, onun fikrincə, dost ölkələrlə əməkdaşlıq balanslıdır.

“Tramp yolları” layihəsi çərçivəsində salınacaq yeni yolun Cənubi Qafqaz Dəmir Yolunun balansında olub-olmayacağı ilə bağlı suala Xandanyan mənfi cavab verib. Xandan­yan bunu ehtimal etmədiyini bildirib və bunun biznes məsələsi olduğunu - hansı şirkətin hansı həcmdə investisiya qoymağa hazır olduğunu müəyyənləşdirməyin vacibliyini vurğulayıb. O təsdiqləyib ki, ilin sonunadək fəaliyyət çərçivələrinin dəqiqləşdirilməsi, növbəti ildən isə TRIPP üzrə layihələndirmə və tikinti işlərinə başlanması planlaşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2026

16 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR