Onlayn ictimai-siyasi qəzet
İsrail ordusu Qəzza zolağında HƏMAS hərəkatının hərbi qanadına məxsus briqada komandirinə qarşı əməliyyat keçirib.
Musavat.com xəbər verir ki, məlumatı Ordunun mətbuat xidməti yayıb.
Bildirilir ki, hücum nəticəsində cənubdakı Rəfah şəhərində HƏMAS briqadasına komandanlıq edən Nail Əbu Ubeyd həlak olub.
İsrail ordusunun məlumatına görə, o, həmçinin hərəkatın hərbi qanadının əməliyyat qərargahının rəhbəri olub.
İsrail onu "HƏMAS-ın yüksək rütbəli rəhbərliyi arasında əsas fiqur" kimi qiymətləndirir.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ