Onlayn ictimai-siyasi qəzet
İsrail prezidenti İsaak Herzoq Nyu-York şəhərinin meri Zöhran Mamdanini nifrət yaymaqda və ölkəsinin öz müqəddəratını təyin etmək hüququna hörmətsizlik etməkdə günahlandırıb.
Musavat.com xəbər verir ki, Herzoq bu barədə Fox News-a danışıb: "Mamdani mənim ölkəmin öz müqəddəratını təyin etmək hüququna hörmət etmir... O, küfr, nifrət və antisemit ritorika yayır".
O, Mamdani-nin "hətta həmvətənlərini, onların təhlükəsizliyini, rifahını və həyatlarını riskə atdığını belə başa düşmədiyini" deyib.
Musavat.com
03 Avqust 2026
02 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ