Onlayn ictimai-siyasi qəzet
Avropada sürətlə yayılan və ağcaqanadlar vasitəsilə keçən Qərbi Nil qızdırması virusu tibb dünyasını ayağa qaldırıb.
Musavat.com xəbər verir ki, Səhiyyə mütəxəssislərinin bildirdiyinə görə, temperaturun yüksəlməsi və iqlim dəyişiklikləri səbəbindən həşəratların çoxalması təhlükənin miqyasını daha da artırır. Yoluxan şəxslərdə qəfil yüksək qızdırma, şiddətli baş ağrıları, oynaq ağrıları və hətta iflic kimi ağır fəsadlar müşahidə olunur.
Həkimlər xüsusilə yaşlıların və xroniki xəstəliklərdən əziyyət çəkənlərin ölümcül risk altında olduğunu bildirərək hər kəsi maksimum diqqətli olmağa çağırırlar.
Ekspertlər qeyd edirlər ki, vaxtında tədbir görülməzsə, bu təhlükəli epidemiya tezliklə bütün qitəni cənginə ala bilər.
Musavat.com
13 Oktyabr 2026
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ