İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml əlaltıları İrəvanda hərəkətə keçdi: Rusdan qopsaq çökəcəyik, “Zəngəzur” da bizi xilas etməyəcək

İrəvanda Kremlin maraqlarına xidmət edən siyasi çevrələr yenidən fəallaşıb.

Musavat.com xəbər verir ki, politoloq Suren Surenyants "Sputnik"ə açıqlamasında açıq şəkildə etiraf edib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) kənarda qalması ölkə iqtisadiyyatını bir neçə həftə ərzində çökdürə bilər və bu vəziyyəti Zəngəzur dəhlizi də xilas etməyəcək.

Mövzunun diqqətçəkən tərəfi isə ondan ibarətdir ki, Ermənistanın Rusiyanın orbitindən çıxaraq daha müstəqil siyasət yürütməyə cəhd etməsi Kreml və onun İrəvandakı geniş şəbəkəsini ciddi şəkildə hərəkətə keçirib. Moskva yönlü siyasi fiqurlar və ekspertlər ard-arda bəyanatlarla cəmiyyətdə qorxu mühiti formalaşdırmağa çalışır, “Rusiyadan qopsaq, çökərik” tezisini dövriyyəyə buraxırlar.

Surenyantsın sözlərinə görə, məhz bu səbəbdən hazırkı mərhələdə Zəngəzur dəhlizinin real icrasından ciddi şəkildə danışmaq mənasızdır. Bu yanaşma hətta ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Ermənistana gözlənilən səfəri ilə bağlı müzakirələr fonunda da dəyişmir. Politoloq hesab edir ki, əvvəlcə qlobal qarşıdurma mərhələsi başa çatmalı, Moskva ilə Vaşinqton arasında müəyyən institusional anlaşma mühiti formalaşmalıdır.

Ekspertlər vurğulayırlar ki, dünyanın diqqət mərkəzində olan Zəngəzur layihəsi məhz bu səbəbdən Kremlin ciddi narahatlığına çevrilib. Moskva və onun İrəvandakı təsir mexanizmləri Zəngəzurun regionda yeni geosiyasi və iqtisadi reallıq yaradacağını anlayır və bu prosesi həzm edə bilmir.

Bu kontekstdə Rusiya XİN-in MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluginin Zəngəzur dəhlizinin Rusiyanın iştirakı olmadan mümkün olmadığına dair açıqlamaları da təsadüfi sayılmır. İrəvandakı Kremlin tərəfdarları üçün bu cür bəyanatlar həm təzyiq aləti, həm də mövcud asılılığın açıq etirafı kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR