İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml üçün təhlükəli mərhələ: Putin bu addımı ata bilər

Ukraynada döyüşlərdə həlak olan Rusiya hərbçilərinin sayı son həftələrdə kəskin artıb. Bu isə Kreml üçün itkilərin səfərbərlik olmadan kompensasiya edilməsini çətinləşdirə bilər.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" Avropa hökumətlərinin qiymətləndirmələrinə istinadən məlumat yayıb.

Ukraynanın müdafiə naziri Mixaylo Fyodorov bildirib ki, təkcə dekabr ayında Rusiya ordusunun itkiləri təxminən 35 min nəfər təşkil edib.

Mənbələrin məlumatına görə, ölüm hallarının artması Ukrayna tərəfinin pilotsuz uçuş aparatlarından daha effektiv istifadə etməsi ilə əlaqələndirilir.

Avropa ölkələrinin qiymətləndirmələri ölənlərlə yaralananların nisbətində də dəyişiklik olduğunu, həlak olanların sayının artdığını göstərir. Nəticədə itkilərin səviyyəsi şəxsi heyətin cəlb edilməsi imkanlarına yaxınlaşıb ki, ekspertlərin fikrincə, bu da səfərbərlik olmadan qoşunların sayının artırılmasını getdikcə daha problemli edir.

"Bloomberg" mənbələri qeyd edir ki, itkilərin bu dinamikası qarşıdakı aylarda mümkün danışıqlarda Kremlin mövqelərini də zəiflədə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2026

27 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR