Onlayn ictimai-siyasi qəzet
İran ətrafında təhlükəsizlik fonu sürətlə sərtləşir.
Musavat.com xəbər verir ki, Rusiya İranın cənubunda yerləşən Buşeyr Atom Elektrik Stansiyasında çalışan heyətinin bir hissəsini təcili şəkildə təxliyə etməyə başlayıb.
Məlumatlara görə, qərar artan risklər fonunda preventiv xarakter daşıyır. AES-də texniki nasazlıq və ya radiasiya təhlükəsi ilə bağlı rəsmi açıqlama yoxdur. Stansiyanın fəaliyyəti əsasən yerli personal tərəfindən davam etdirilir, rus mütəxəssislərin çıxarılması isə mərhələli şəkildə aparılır.
Eyni vaxtda İranda daxili təhlükəsizlik tədbirləri də gücləndirilib. KİV-lər ölkənin müxtəlif şəhərlərində mülki sığınacaqların açılmasına başlandığını, əhaliyə mümkün risklərə hazır olma çağırışları edildiyini bildirir. Paralel olaraq SEPAH şəhər mərkəzlərində təhlükəsizlik rejimini sərtləşdirib, strateji obyektlər və nəqliyyat qovşaqları gücləndirilmiş mühafizəyə götürülüb.
Rəsmi Rosatom və İran rəsmiləri məsələ ilə bağlı hələlik geniş açıqlama verməyib. Analitiklər isə regionda ABŞ–İran xəttində gərginliyin artmasının bu addımları sürətləndirdiyini istisna etmirlər.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ