İnsanlara hürriyət, millətlərə istiqlal!

Kuşnerlə Netanyahu HƏMAS-la bağlı RAZILIĞA GƏLDİ

Qüdsdəki görüşdə ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında müqavilənin pozulmasını izləyəcək və gərginliyin artmasının qarşısını alacaq münaqişələrin həlli mexanizmi yaratmaq barədə razılığa gəliblər.

Musavat.com xəbər verir ki, məlumatı Axios öz mənbələrinə istinadən yayıb.

Bildirilir ki, Misir İsrailin HƏMAS hərəkatından potensial təhdidlərlə bağlı narahatlıqlarını aradan qaldıracaq bu mexanizmin formalaşmasında iştirak edəcək: "Əgər İsrail HƏMAS-ın potensial təhlükə yarada biləcək hər hansı bir hərəkət etdiyini görərsə, bu barədə münaqişələrin aradan qaldırılması mexanizminə məlumat verəcək, oradan isə məsələ HƏMAS-ın qarşısında qaldırılacaq. Bu yolla HƏMAS bizim onları izlədiyimizi biləcək".

Mənbə həmçinin qeyd edib ki, baş nazir Qəzza zolağında humanitar vəziyyətin, xüsusən də su və sanitariya ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün addımlar atmağa sadiqdir. Kuşner və Netanyahu iki işçi qrup yaratmaq barədə razılığa gəliblər: biri Qəzzanın silahsızlaşdırılması, digəri isə humanitar vəziyyət üzrə. ABŞ hökumətindəki mənbə əlavə edib ki, "İsraillilərlə fikir ayrılıqları o qədər də böyük deyil. Heç birimiz HƏMAS-a etibar etmirik. Amma inanırıq ki, bəzi konkret addımlar atmağa başlaya bilərik. İsrailin siyasi atmosferində çaxnaşma var. Lakin HƏMAS-ın silahlarını təslim etdiyini görsək, bu, prosesin həqiqətən başladığının ilk əlaməti olacaq."

Axios mənbəyinə görə, oktyabr seçkilərindən əvvəl İsraildəki vəziyyət ölkənin siyasi dairələrində ciddi narahatlıqlara səbəb olub. Müxalifət Netanyahunu Qəzza ilə bağlı güzəştlərə getdiyinə görə tənqid edib. Portalın qeyd etdiyinə görə, dörd saatlıq görüş İsrail dövlətinin oktyabr seçkilərindən əvvəl baş tutub və bu, baş nazirin bu məsələdə əhəmiyyətli güzəştlərə getməkdən çəkinməsinə səbəb olub. Məqalədə qeyd olunur ki, məsləhətləşmələr davam edən ABŞ-İsrail fikir ayrılıqlarının qaldığını və yaxın gələcəkdə irəliləyiş əldə etməyin nə qədər çətin olacağını nümayiş etdirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR