Onlayn ictimai-siyasi qəzet
Macarıstan pilotsuz təyyarələri Ukraynanın hava məkanını pozub.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, son günlər Ukrayna-Macarıstan sərhədində bir neçə pilotsuz təyyarə insidenti qeydə alınıb:
"Ali Baş Komandan Ukrayna-Macarıstan sərhədində son vaxtlar pilotsuz təyyarə insidentləri barədə də məlumat verib. Ukrayna hərbçiləri bizim hava məkanımıza daxil olan kəşfiyyat pilotsuz təyyarələrini qeydə alıblar və bu, çox güman ki, Macarıstan pilotsuz təyyarələridir. Ola bilsin ki, onlar Ukrayna ilə sərhədyanı ərazilərdə sənaye potensialının ilkin kəşfiyyatını aparırdılar".
“Bütün məlumatlar yoxlanacaq və hər insident barədə dərhal məlumat veriləcək”, – deyə Zelenski vurğulayıb.
Musavat.com
09 Sentyabr 2026
01:56 Dilimizi mükəmməl bilən erməni ekspertdən İrəvana SOS çağırışı – “Qərbi Azərbaycan”lılar gəlir
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ