İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan Kallasın bu bəyanatını dəstəkləmədi

Macarıstan Avropa İttifaqında Venesuela ilə bağlı Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın bəyanatını dəstəkləməyən yeganə ölkə olub.

Musavat.com xəbər verir ki, bu, Avropa Xarici Fəaliyyət Xidmətinin (Avropa Xarici Fəaliyyət Xidməti) saytında dərc olunan sənəddə əksini tapıb.

Kallasın bəyanatında Venesuelanın öz müqəddəratını təyin etmə hüququna hörmət göstərilməsinə çağırış yer alır, həmçinin transmilli cinayətkarlıq və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə beynəlxalq hüququn qorunmasının vacibliyi vurğulanır.

Sənəddə bildirilir ki, bəyanatı Aİ-yə üzv 26 dövlət dəstəkləyib. Onların sırasında Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya və İsveç yer alır.

Macarıstan isə bu bəyanata qoşulmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR