İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun qanlı gözü diqqət çəkdi: Yeliseydən açıqlama, sosial şəbəkələrdə "xanımı vurub" iddiası

Fransa prezidenti Emmanuel Macron ictimai tədbirlərdən birində gözəçarpacaq dərəcədə qızarmış, qanlı görkəmdə olan gözü ilə obyektivlərə tuş gəlib və bu görüntü dərhal geniş müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, Yelisey sarayı məsələ ilə bağlı yayımladığı açıqlamada bildirilib ki, prezidentin gözündə müşahidə olunan vəziyyət sadəcə damarın partlaması ilə əlaqədardır və sağlamlıq baxımından ciddi təhlükə yoxdur.

Buna baxmayaraq, sosial şəbəkələrdə və bəzi qeyri-rəsmi platformalarda fürsətdən istifadə edənlər hadisə ətrafında əsassız şayiələr yaymağa başlayıb, hətta şəxsi həyatla bağlı müxtəlif iddialar irəli sürülüb. Rəsmi qurumlar bu cür söz-söhbətlərin reallığı əks etdirmədiyini vurğulayır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR