Onlayn ictimai-siyasi qəzet
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin sonuncu, 8-ci turunun oyunları davam edir.
Musavat.com xəbər verir ki, İngiltərənin "Mançester Siti" klubu doğma meydanda — Etihad stadionunda Türkiyənin "Qalatasaray" komandasını qəbul edir.
Matçın gedişində meydan sahibləri üstün oyun nümayiş etdiriblər. Görüşün 10-cu dəqiqəsində Erlinq Haaland hesabı açıb. 28-ci dəqiqədə isə Rayan Çerki fərqlənərək “Mançester Siti”nin üstünlüyünü iki topa çatdırıb.
Hazırda oyunda hesab 2:0 “Mançester Siti”nin xeyrinədir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ