İnfluenser cütlük Ülvi və Fatimənin başına iş gəlib.

Musavat.com xəbər verir ki, sosial media paylaşımları ilə tanınan Ülvi və Fatimənin yeni inşa etdirdikləri evi su basıb.

Hadisə ilə bağlı məlumatı Fatimə özü sosial media hesabında paylaşaraq izləyicilərinə çatdırıb. Onun sözlərinə görə, yeni evdə yaranan problem nəticəsində mənzilə su dolub və bu səbəbdən təmir işlərinin yenidən aparılmasına ehtiyac yaranıb.

Fatimə evlərinin yenidən təmir olunacağını bildirib. O, baş verən hadisə ilə bağlı ətraflı məlumat verməsə də, yaranmış vəziyyətin aradan qaldırılması üçün işlərin görüləcəyini qeyd edib.

Könül
Musavat.com

Yeni tikdirdikləri villanı su basdı