Onlayn ictimai-siyasi qəzet
Bərdə rayonunun Mirzəcəfərli kəndində fəaliyyət göstərən, Elnur Saleh oğlu Sadıxova məxsus "Muğan Məkanı" restoranında yoxlama keçirilib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, baxış zamanı restoranda sanitar norma və qaydalarının pozulduğu, sanitar-texniki və sanitar-gigiyenik tələblərə əməl olunmadığı aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və restoranın fəaliyyəti məhdudlaşdırılıb.
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ