İnsanlara hürriyət, millətlərə istiqlal!

Minillərdir mövcud olan göl yoxa çıxdı – Alimlər ümidini üzdü

Kanadanın Arktika bölgəsində minillər boyu mövcud olmuş Miln-Fyord gölü cəmi bir neçə ay ərzində demək olar ki, tamamilə yox olub.

Musavat.com xəbər verir ki, buna səbəb gölün qarşısında təbii bənd rolunu oynayan Miln şelf buzlağının parçalanması olub.

Həlledici dəyişiklik 2020-ci ilin yayında baş verib. Miln şelf buzlağının böyük hissəsi dağıldıqdan sonra onun arxasında toplanmış şirin su Şimal Buzlu okeanına axmağa başlayıb. Həmin ilin payızına qədər gölün böyük hissəsi yox olub.

Alimlər prosesi peyk görüntüləri, su ölçmələri və uzunmüddətli müşahidələr əsasında araşdırıblar. 2022-ci ildə aparılan ölçmələr göstərib ki, əvvəllər şirin suyun olduğu ərazini artıq şor su tutub.

Miln-Fyord adi göl olmayıb. Şelf buzlağı təbii sədd rolunu oynayaraq şirin suyun fyordda qalmasını təmin edib. Daha yüngül şirin su dəniz suyunun üzərində ayrıca təbəqə yaradıb və burada minillər ərzində nadir Arktika ekosistemi formalaşıb.

Müşahidələr gölün yenidən bərpa olunmasına dair hər hansı əlamət göstərmir. Alimlərin fikrincə, Miln-Fyordun əvvəlki vəziyyətinə qayıtması üçün şelf buzlağı yenidən formalaşmalı və şirin suyu saxlaya biləcək təbii sədd yaratmalıdır.

Mövcud şəraitdə isə bunun baş verməsi çox az ehtimal olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR