İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada 33 yaşlı azərbaycanlı qadın SAXLANILDI - 18 milyonluq brilyant QALMAQALI

Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Vnukovo hava limanında Azərbaycan vətəndaşı olan qadın gömrük nəzarəti zamanı saxlanılıb.

Musavat.com xəbər verir ki, 33 yaşlı qadının ölkəyə dəyəri 18,5 milyon rubl olan zinət əşyaları keçirməyə cəhd etdiyi bildirilir.

Məlumata görə, gömrük əməkdaşları baxış zamanı qızıl və platinadan hazırlanmış, brilyant qaşlı 5 ədəd üzük aşkar ediblər.

Aşkarlanan zinət əşyaları müsadirə olunub. Qadını 5 ilədək azadlıqdan məhrumetmə və ya 1 milyon rubladək cərimə cəzası gözləyir.

Musavat.com

708ef63c-2e6b-43f3-ad43-a5fc44164df0.jpg (70 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR