Onlayn ictimai-siyasi qəzet
Müğənni Murad Arifin oğlu Atalar Günü münasibətilə etdiyi təsirli paylaşımla diqqət çəkib.
Musavat.com xəbər verir ki, sənətçinin oğlu sosial şəbəkə hesabında atası ilə birlikdə çəkilmiş fotosunu paylaşaraq ona sevgi dolu sözlər ünvanlayıb. Paylaşımda atasını ən böyük dəstəkçisi adlandıran övladı, onun sayəsində məqsədlərinə doğru inamla addımladığını vurğulayıb.
“Atam, mənim dayağım. Səni dünyadakı hər şeydən çox sevirəm. Hədəfə çatana qədər yıxılmamağa kömək edirsən. Dəstəyin üçün sənə minnətdaram. Təşəkkür edirəm”, – deyə təbrik mesajında qeyd olunub.
Murad Arif də oğlunun bu səmimi paylaşımını öz "Instagram" hekayəsində paylaşaraq izləyiciləri ilə bölüşüb.
Könül
Musavat.com
22 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ